Yevgeni Jukov: “ADB COP29-a hazırlıqla bağlı texniki yardım göstərib”

Asiya İnkişaf Bankı (ADB) Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla məşğul olan dövlət qurumlarının potensialının artırılması üçün müəyyən texniki yardım göstərib.

Bunu “Report”a müsahibəsində ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

Onun sözlərinə görə, Azərbaycana texniki yardım nəinki görüşün uğurla keçirilməsinə, həm də qarşıdan gələn danışıqlara hazırlığa kömək edəcək:

“Azərbaycanın konfransa ev sahibliyi edəcəyi açıqlanan kimi ADB prezidenti Masatsuqu Asakava Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərərək Bankın dəstəyini təklif edib. Azərbaycanın COP29-a sədrliyinə konkret dəstək istiqamətlərini müzakirə etmək üçün mən 3 həftə əvvəl iqlim dəyişikliyi komandası ilə birgə Azərbaycana səfər etdim. ADB artıq cəlb olunmuş dövlət qurumlarının potensialının artırılması üçün müəyyən texniki yardım göstərib ki, onlar görüşü keçirə bilsinlər, eləcə də qarşıdan gələn danışıqlara hazırlaşsınlar”.

Y.Jukov vurğulayıb ki, ADB Azərbaycana ümumi istehsalda bərpa olunan enerji mənbələrinin payını artırmaqda kömək etmək istəyir:

“Azərbaycanın dekarbonizasiya və iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə sadiqliyini bütün dünyaya nümayiş etdirmək məqsədilə ona ümumi istehsalında bərpa olunan enerjinin payını artırmaqda yardım göstərmək istəyirik. Bir neçə il əvvəl “Masdar” şirkəti ilə həyata keçirdiyimiz bir layihəni xatırlatdım və bu il biz bərpa olunan enerji mənbələrinə investisiya üçün əlavə imkanlar axtarırıq”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button