Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edildi

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkənidir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close