Əliyev Putinlə Moskvada bunları müzakirə edəcək

İyulun 20-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Moskvada görüşəcək.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki ölkə lideri mövcud regional problemlər barədə fikir mübadiləsi aparacaq. Xüsusilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində əldə etdikləri razılaşmaların həyata keçirilməsinin praktik tərəfləri müzakirə olunacaq. Razılaşmalara əsasən, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı ilə bağlı problemlər barədə söhbət aparılacaq.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close