Əsədin bazasına hava zərbələri: İsrail Rusiyanı təkzib edən fotoları paylaşdı

İsrail Suriyada Bəşər Əsəd rejiminə aid hərbi hava bazasına iyulun 21-dən 22-nə keçən gecə endirilən raket zərbələrinin nəticələrini əks etdirən peyk fotolarını paylaşıb. Fotolar İsrailin F-16 qırıcılarından buraxılmış 8 “hava-yer” raketinin guya Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin “Buk-M2E” zenit-raket kompleksləri ilə vurulduğu, raketlərdən cəmi 1-nin hədəfə çatdığı barədə Rusiya Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatı təkzib edir.

İsrailin NZIV agentliyinin dərc etdiyi peyk fotolarına əsasən Homs vilayətindəki aviabazada ciddi dağıntılar var və təkcə bu bazaya azı 3 raketin düşdüyü görünür. Digər raketlər isə başqa hədəfləri vurub.

İsrailin hava zərbələrinin Homs rayonundakı Şairat aviabazasına və Əsəd ordusunun digər obyektlərinə yönəldiyi açıqlanmışdı.

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri həqiqətən “Buk-M2E” zenit-raket kompleksləri ilə İsrail qırıcılarından buraxılan raketləri vurmağa çalışıb, amma belə görünür ki, buna müvəffəq olmayıb və raketlərin əksəriyyəti hədəfə çatıb. Bundan əvvəl də Suriya rejimi İsrailin hava zərbələrini “uğurla dəf etdiyi” barədə məlumatlar yayırdı.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close