Əsgərlərimiz 300 erməni hərbçisini necə məhv etdi? – Sirlər üzə çıxdı

Ermənilər bu fotonun tarixçəsini araşdırıblar. 300 erməni hərbçisi Şuşa ətrafında necə məhv edildi?

“Hay wave” teleqram kanalı Azərbaycan Ordusunun 300 erməni hərbçisini pusquya saldığını yazır.

“Bu foto ilə bağlı çox nəzəriyyələr irəli sürülürdü. Kimlərsə deyirdi ki, şəhərdən çəkilərkən güllələnmiş hərbçilərdir, kimlərsə deyirdi ki, ümumiyyətlə dost atəşinin qurbanlarıdır. Lakin konkret heç nə dəqiq deyildi. 300-dən çox hərbçinin cəsədi var. Siz döyüşün miqyasını təsəvvür edirsinizmi? Kimlərsə danışır ki, hərbi rəhbərlik Şuşa üçün döyüşməməyi əmr edib, bəs bu insanlar necə öldü? Peyk fotoları sayəsində hərbi birliyin dağıdılmasının yerini müəyyən etmək mümkün oldu. İndi heç bir şübhə yoxdur ki, bu əsgərlər ölümə doğru göndərilib”, – kanal yazır.

Peyk fotolarına istinadən qeyd olunur ki, 300-dən çox erməni hərbçi qərbdən, yəni Laçın tərəfdən Xankəndi istiqamətində hərəkət edirmiş:

“Lakin Şuşaya yanaşmadılar, əvəzində birlik şəhərə cənub tərəfdən daxil olmaq üçün Xankəndi yoluna doğru hərəkət etdi. Sağda qaya, solda meşə yolboyu uzanırdı. Və azərbaycanlılar onların hərəkətini izləyirdilər, nəticədə şəhərin girişinə 500 metr qalmış pusquya düşdülər və mənasız yerə qırıldılar. Ehtimal ki, bu 6-7 noyabr tarixində oldu”.

Mənbə
publika.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close