Əfqanıstanda hava limanındakı partlayışda 10 nəfər ölüb, 8 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabulda beynəlxalq hava limanında törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə “Taliban” hökuməti bildirib.

Məlumata görə, hadisə baş verən ərazidə yollar bağlanıb. Partlayış törədilən əraziyə hərbçi, təcili tibbi yardım briqadaları cəlb olunub.

Bununla yanaşı, Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında, hava limanına gedən yolda yanğın da baş verib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button