Əgər kişisinizsə… – Kadırov hədələdi

Çeçenistanın Urus-Martan rayonunda baş verən insidentlə bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov açıqlama yayıb.

Kadırov İnstaqram hesabında bu sözləri qeyd edib:

“Dünən Urus-Martanda hadisə baş verdi. İnsanlar yığışdı, polis əməkdaşlarını mühasirəyə aldı. Mən orada olanların hamısına demək istəyirəm: Əgər kişisinizsə, toplaşın, əməkdaşlarla vuruşun – siz ki döyüşmək istəyirsiniz; yoxsa sizi yığıb, xüsusi əməliyyat keçirilən əraziyə göndərəcəyik”.

O əlavə edib ki, hadisə iştirakçıları ilə maarifləndirmə və izahat işləri aparılacaq. Onun sözlərinə görə, konax (çeçen adət-ənənələrinə görə əsl kişi) adlanmaq üçün istənilən vəziyyətdə öz emosiyalarına hakim olmaq, həm də ayıq düşüncəni rəhbər tutmaq lazımdır, sürü instinkti ilə hərəkət etmək yox.

Qeyd edək ki, ötən gün Çeçenistan sakinləri ilə yol polisi əməkdaşı arasında münaqişəni əks etdirən video yayılıb. Yerli yol müfəttişliyinin rəsmi məlumatına görə, sakinlər Rusiya DİN-in Yol Polisi İdarəsi əməkdaşlarının Urus-Martan dairəsində yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı tələblərinə aqressiv reaksiya veriblər.

Hamısını Göstər

Related Articles

Back to top button