Ərdoğan Makronun portret cizgilərini səsləndirdi.

Türkiyə liderinin sözlərinə görə, beynəlxalq tədbirlədə Makronla çoxlu görüşlər keçirib, lakin fransalı həmkarı dürüst deyil.

Fransa prezidenti Emmanuel Makron dövlət başçısı kimi keyfiyyətlərə malik deyil, Paris beynəlxalq aləmdə nüfuzunu itirir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əslində Fransanın başında olan adamın bu dövlətin başçısı olmaq üçün keyifyyətləri yoxdur. Baxın, hazırda Afrika ölkələrini istismar edirlər. Mali Fransa ilə tam partlama vəziyyətindədir. Burkina Faso qoşunlarını çıarmaq üçün bir ay vaxt verdi ki, bir ay sonra biz burada fransız əsgərlərini görmək istəmirik. Məncə, Toqo da bunu edəcək. Fransa Afrikadakı reputasiyasını sürətlə itirir”.

Türkiyə liderinin sözlərinə görə, beynəlxalq tədbirlədə Makronla çoxlu görüşlər keçirib, lakin fransalı həmkarı dürüst deyil.

“Açığını deyirəm. İndi danışdığımız hər şey ora çatacaq. Amma o, dürüst deyil və biz istəyirik ki, beynəlxalq siyasət düzlük üzərində qurulsun. Düzgünlük olmayan yerdə inam da yoxdur. Təbii ki, belə dünya liderləri çoxdur. Təəssüf ki, Aralıq dənizində Yunanıstanla münasibətlərində Türkiyəni görməzlikdən gəlirlər və onunla fərqli münasibətlərə girirlər. Mənim ona dediyim bir çox fərqli ifadələr var – qoy onlar mənimlə qalsın. Hal-hazırda parlamentdə reputasiyasını itirib. O, yalnız prezident kimi qalıb. Fransa daim nüfuzunu itirir, həm də beynəlxalq aləmdə nüfuzunu itirir”, – deyə Ərdoğan bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button