2001-ci ildən itkin düşən şəxslə bağlı DİN-dən açıqlama

Ağsu rayon sakini oğluna şər atılması barədə məlumat yayıb.

Sosial şəbəkələrdə çıxış edən Ruhiyyə Zeynalova iddia edib ki, oğlu Feyruz Zeynalov 2001-ci ildə naməlum şəkildə yoxa çıxıb.

O bildirib ki, həmyerlisi Zərifə Əhmədova və onlara gələrək onun qızı və Feyruz Zeynalovun arasında yaxın münasibət olduğunu və buna görə də onların evlənməli olduğunu bildirib. 

F.Zeynalov isə ona böhtan atıldığını və belə bir şeyin olmadığı deyib. 

R.Zeynalova hadisə ilə bağlı polisdə məsələnin araşdırmadığını iddia edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb”- Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Qeyd edilib ki, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, həmin iddiaların təfərrüatı Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.

Bu iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin – Zərifə Əhmədovanın oğlu Səlaməddin Əhmədovun Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi dayanır.

Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close