“2023-cü ildə son dəfə seçildikdən sonra, estafeti gənclərə ötürəcəyik” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə sonuncu dəfə prezidentliyə namizəd olacağına eyham vuraraq, estafeti gənclərə ötürməyin vaxtı olduğunu deyib.

Bu barədə Türkiyə lideri açıqlayıb. 

“Ümid edirəm ki, 2023-cü ildə xalqımızın dəstəyindən son dəfə bizim adımızdan alacağımız güclə türk əsrinin inşasına başlayacağıq. Bu müqəddəs bayrağı gənclərimizə təhvil verəcəyik”, – Ərdoğan bildirib.

O, Türkiyənin hətta inkişaf etmiş ölkələrin belə həsəd aparacağı bir xidmət infrastrukturu yarada bildiyini də vurğulayıb.

Ərdoğan qarşıdan gələn seçkilərə toxunub: “Hər seçki bir yol ayrıcıdır. Millətimiz bizi 15 seçkidə birinci etdi və böyük və güclü Türkiyə yolunda irəliləmək üçün iradəmizdən istifadə etdi”. 

Onun fikrincə, bu qədər il ölkəni idarə edən şəxsin nöqsanları, səhvləri ola bilər.

Hamısını Göstər

Related Articles

Back to top button