Türkiyə Suriyada xüsusi əməliyyata başlayıb
Türkiyə Suriyada xüsusi əməliyyata başlayıb.
Bu barədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, Türkiyənin Suriyada 30 kilometrlik “təhlükəsizlik zonası” yaratmaq planlarını açıqlayıb.
“(Suriya) 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarımızın yeni mərhələsinə qədəm qoyuruq. Menbiç və Tel-Rıfat şəhərlərini terrorçulardan təmizləyirik”, – deyə o bildirib.