Rusiya ABŞ-a zərbə endirməyə hazır olduğunu bəyan edib

Rusiyanın müstəqil Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsindən üç ay sonra Moskva ABŞ-ın Ukraynaya ayırdığı HIMARS yaylım atəşli raket sistemləri (YARS) və uzaqmənzilli raketləri ehtiva edən yeni hərbi yardım paketinə son dərəcə mənfi yanaşdığını bəyan edib.

Bu barədə hərbi politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Perenciyevin sözlərinə görə, ABŞ Ukraynanı Rusiyadakı hədəflərə çata biləcək silahlarla təmin etmək qərarına gəlsə, Rusiya bu çatdırılmanın qarşısını almaq üçün ABŞ ərazisinə zərbələr endirmək məcburiyyətində qalacaq.

Həmçinin Rusiyanın ABŞ-a zərbə endirməyə hazır olması barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da təsdiqləyib.

“Biz bunu sırf neqativ hal kimi qiymətləndiririk… ABŞ bir qrup dövlətin başında Kiyev rejimini məqsədyönlü şəkildə silahla təmin etməklə məşğuldur – bu, açıq-aşkardır”, – Ryabkov deyib.

O qeyd edib ki, Kiyevə istənilən silah ötürülməsi Rusiya ilə ABŞ arasında birbaşa toqquşma riskini artıra bilər.

Hamısını Göstər

Related Articles

Back to top button