Qaxda hüquq-mühafizə orqanlarının əməkdaşları gənclərlə görüşüblər

Gələcəyimiz olan gənclərimizi narkotik vasitələrdən  qorumaq məqsədilə Qax Peşə Liseyində “Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yerli şöbələrinin əməkdaşları,təhsil müəssisəsinin rəhbərliyi və tələbələr iştirak ediblər.

Görüşdə narkotik vasitələrin insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açan RPŞ-nin rəisi Vidadi Qurbanov “ağ ölüm”ün yayılmasının cəmiyyətin sağlam həyat tərzi üçün təhlükə olduğunu bildirib. Ölkəmizdə narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işinin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan polis polkovniki, bu səbəbdən respublikanın bütün bölgələrində mütəmadi olaraq belə görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər də bildiriblər ki, həyatı iflic edən narkomanlığa qarşı münasibətdə hər kəs barışmaz mövqe tutmalı və cəmiyyətin hər bir üzvü ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.

Sonda tələbələrə mövzu ilə əlaqəli bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button