Şəkidə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Baş Göynük kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.