Abid Şərifovun vəziyyəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanaya yerləşdirilib.

Manset.az xəbər verir ki, Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orada çoxsaylı problemlərinin olduğu ortaya çıxıb.

Bu barədə danışan Abid Şərifov daha sonra virusa görə xəstəxanada deyil, evdə müalicələrinin davam etdiyini bildirib:

“Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram. Bununla yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz…”

Hamısını Göstər

Related Articles

Back to top button
Close