ABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M. Snayder 2021-ci il fevralın 26-nın  Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb. 

Bu barədə Diasporla  İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, belə bir bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub.

Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında yazılıb, qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq  əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Diqqətə  çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.

ABŞ-ın Men ştatında belə bir bəyanatın qəbul edilməsi Amerika azərbaycanlılarının Xocalı soyqırımının ildönümü ərəfəsində ən böyük uğuru kimi qiymətləndirilə bilər.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close