ABŞ KONQRESİNİN PALATA SPİKERİ İRƏVANDA AZƏRBAYCAN ƏLEYHİNƏ DANIŞDI VƏ…

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan məsələsində qərəzli mövqe nümaiş etdirib.

CNN bildirir ki, o, səmərəli görüş keçirdiyini və görüş zamanı Amerika tərəfi ABŞ Konqresinin Ermənistanda və regionda təhlükəsizlik, iqtisadi və demokratik məsələlər üzərində işləmək öhdəliyini bir daha təsdiq etdiyini bildirib. Pelosi çıxışında, Azərbaycan tərəfini Ermənistan ərazisinə hücumda ittiham edib və məsələ də Türkiyə tərəfinə də günahlandırıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Nensi Pelosinin açıqlamalarına münasibət bildirib. Nazirlikdən qeyd olunub ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda söylədikləri fikirlər, erməni təbliğatı əsasında verilmiş açıqlamalardır. Bildirilib ki, bu kimi çıxışlar Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

Hamısını Göstər

Related Articles

Back to top button