ABŞ Navalnı ilə bağlı Rusiyanın bir neçə yüksək ranqlı məmuruna sanksiya tətbiq edib
ABŞ-ın Ticarət Nazirliyi sanksiyaya məruz qalan şəxslərin siyahısını açıqlayıb.
Siyahıda beş yüksək ranqlı məmurun adı var. Bunlar Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Baş prokuror İqor Krasnov, Prezident Aparatının daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popovdur.
Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.