ABŞ Nümayəndələr Palatasına nəzarəti respublikaçılar ələ keçirəcəklər

ABŞ-ın Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün lazım olan 218 yeri əldə edib.

Bunu NBC telekanalının çərşənbə günü dərc etdiyi proqnoz göstərir.

Məlumata görə, indi Respublikaçılar Nümayəndələr Palatasındakı 435 yerdən 221-ni əldə ediblər. Demokratlar indiyədək Konqresin aşağı palatasında 214 yer əldə ediblər.

Telekanalın qeyd etdiyi kimi, təxminən səkkiz yerdə qeyri-müəyyənlik qalır – Kolorado və Kaliforniya ştatlarının dörd əyalətində hesablamalar davam edir. Vaşinqton, Arizona, Alyaska və Nyu Yorkdakı seçki dairələrində nəticələr qeyri-müəyyən olaraq qalır.

Nümayəndələr Palatasına nəzarətin Respublikaçılar Partiyasına keçəcəyini CNN, “Fox News” və CBS də proqnozlaşdırır.

Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri noyabrın 8-də keçirilib. Əksər media və rəy sorğuları onların inamlı qələbəsini proqnozlaşdırsa da, respublikaçılar mülayim nəticələr göstəriblər.

Səslərin hesablanması davam edir.

Hamısını Göstər

Related Articles

Back to top button