ABŞ və Türkiyə Qəzza ilə bağlı sülh danışıqlarına qoşulacaqlar

Qətərin Baş naziri və türkiyəli nümayəndələr oktyabrın 8-i Misirdə Qəzzada müharibənin dayandırılmasına yönəlmiş danışıqların üçüncü günündə HƏMAS və İsrail nümayəndələrinə qoşulacaqlar.

Bu barədə “Report” Səudiyyə Ərəbistanının” Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir.

Danışıqlarda Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni, iş adamı Cared Kuşner iştirak edəcəklər.

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında Donald Trampın ötən ay təklif etdiyi 20 maddəlik plan əsasında birbaşa olmayan danışıqlar keçirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button