Ağdamda polis əməliyyat keçirdi: narkotik satmaq istəyən iki qardaș saxlanıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir zamanı əvvəllər məhkum olunmuşlar – Tahir və Mahir Məmmədov qardaşları saxlanılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan satış məqsədilə əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button