Ağdaşda karantin qaydalarını pozanlar barəsində tədbir görülüb

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Ağdaşda polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, qapalı məkanlarda keçirilən tədbirlər zamanı sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.

Həmçinin, sahibkarlarla profilaktik  söhbətlər aparılıb, pandemiya dövrünün tələblərinə məsuliyyətli yanaşmalarının vacibliyi onların diqqətinə çatdırlıb.

Yoxlamalar zamanı ümumilikdə bir neçə mağazada tibbi maskadan istifadə etməyən alıcı və satıcılara rast gəlinib ki, onların da barəsində intizam tənbeh tədbiri görülüb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close