Ağdaşda metamfetamin satışı ilə məşğul olan keçmiş məhkum tutulub.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti
əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də
narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan daha 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon
ərazisində psixotrop maddələrin satışında şübhəli bilinən, əvvəllər də ümumilikdə
10 ildən artıq məhkumluq həyatı yaşayan Azad Yusifov saxlanılıb. Üzərinə
keçirilən baxış zamanı ondan 310 qram metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində həmin psixotrop maddəni təxminən 1 həftə öncə əcnəbi
ölkə vətəndaşından 500 manata aldığını etiraf edib.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər
əməliyyatlar zamanı isə daha iki nəfər – Kənan Allahverdiyev və Manaf Həbişov
tutulub.Şəxsi axtarış zamanı K.Allahverdiyevdən marixuana aşkarlanıb. Davam
etdirilən tədbirlərlə onun Malay kəndindəki çöllük ərazidə aqrotexniki qulluq
göstərməklə yetişdirdiyi, ümumi çəkisi 2 kiloqramdan artıq olan çətənə bitkiləri də
kökündən çıxarılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Üzərində narkotik
vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılan M.Həbişovdan isə qurudulmuş
marixuana götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Sinxron-Kənan Allahverdiyev ( saxlanılan şəxs )
Sinxron-Azad Yusifov (saxlanılan şəxs )

Hamısını Göstər

Related Articles

Back to top button