Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfərsaxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirən
şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib, son 20 gün ərzində 9 nəfər tutularaq
istintaqa təhvil verilib. Araşdırma zamanı onlardan bir neçəsinin əvvəllər də eyni
cinayəti törətdikləri üçün məhkum olunduqları müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı üzərində külli miqdarda
ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 650 qrama yaxın heroin aşkar edilərək götürülüb.
K.İsayev ifadəsində həmin narkotiki Bakı şəhərində başqa ölkə vətəndaşından
1000 manata aldığını bildirib.
Sinxron-Kəyyam İsayev (saxlanılan şəxs)
Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun
əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər
rayon sakini-Əkbər Hüseynov, Orxan Əliyev, Qadir Məmmədov, Nüsrət Səfərov,
Pərvin Quliyev, Tofiq Qurbanzadə, Qədir Hacıyev və Tehran Əhmədov saxlanılıb.
Onların üzərindən və yaşadıqları ünvanlardan müxtəlif xassəli narkotik vasitə və
psixotrop maddə, o cümlədən heroin, marixuana və metamfetamin aşkarlanaraq
qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət
əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri
davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button