“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri azad olunmuş digər ərazilərdə də həyata keçiriləcək

“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin azad olunmuş digər ərazilərdə də həyata keçirilməsi planlaşdırılır.
Polise.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə deyib.

Prezident Zəngilan rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button