Ağstafa polisi narko-kuryerlik edən şəxsi saxlayıb

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş
narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını
təmin edən narko-kuryer saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ağdaş rayon sakini Elşən Şirinov
Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir
miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa
razılaşıb. E. Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən
zaman qara rəngli çantadan 1 kq 120 qram narkotik maddə olan “heroin” və 2 kq-
dan artıq olan “marixuana” aşkar edilərək götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış
tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkoik maddə əldə edib
saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb. Polis şöbəsində
saxlanılan şəxsin üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan “heroin”,
yaşadığı evdən isə “marixana” aşkar edilərək götürülüb. Faktlarla bağlı
araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button