Ağstafada Yol Polisi monitorinq keçirib

Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.

Bundan başqa monitorinq zamanı polis əməkdaşları tərəfindən “Toyota” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Həmin nəqliyyat vasitəsini idarə edən Əli Xasayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Cari il ərzində ikinci dəfə anoloji xətadanı törədən sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button