Ağsuda keçmiş məhkumdan “patı” götürülüb

Ağsu Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close