Aİ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır.

Avropa İttifaqı, fiziki şəxslərə məhdudiyyətlər və əməkdaşlığın texnoloji hissəsinə yönəlmiş iqtisadi tədbirlər daxil olmaqla, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Məlumata görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər toplantısından sonra jurnalistlərə bildirib.

“Avropa İttifaqı Şurası ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyalar paketini araşdırır, indi onların adını çəkə bilmərəm, həmçinin Rusiya ilə münasibətlərimizin texnoloji hissəsinə yönəlmiş iqtisadi sanksiyaların tətbiqini araşdırır,” – deyə o qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button