Ali Məhkəmədə Avropa Şurasının nümayəndə heyəti ilə görüş olub

Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Bu barədə  Polise.az -a Ali Məhkəmədən xəbər verilib.

Görüşdə çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, son dövrlər Avropa Şurası ilə Ali Məhkəmə arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən söz açıb. Bildirib ki, məhkəmə sahəsində qanunvericilik daim təkmilləşir, Avropa standartlarına tam uyğunlaşdırılır. Bu da ədalət mühakiməsinin səmərəliliyinin artmasına mühüm töhfə verir.

Xristos Cakoumopoulos isə çıxışında Azərbaycanda məhkəmə-hüquq sahəsində görülən işləri yüksək dəyərləndirib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button