Almaniyada dövlət çevrilişinə cəhd

Almaniyada dövlət çevrilişinə hazırlıqla bağlı saxlanılanlar arasında Almaniya üçün Alternativ (AfD) Partiyasından Bundestaqın keçmiş deputatı, hazırda Berlində hakim olan Bircit Malzak-Vinkelman da var.

Berlinin ədliyyə senatoru Lena Krek bildirib ki, hazırda şübhəlinin hakim kimi işindən uzaqlaşdırılması üçün bütün vasitələrdən istifadə olunur.

58 yaşlı Malzak-Vinkelman 2017-2021-ci illərdə Bundestaqın üzvü olub. 2022-ci ilin mart ayında o, Berlin Rayon Məhkəməsində hakim vəzifəsinə qayıdıb.

Məlumata görə, siyasətçi idman atıcısıdır və bir neçə odlu silaha malikdir. Malzak-Vinkelmann Bundestaqın deputatı olduğu üçün o, Almaniya parlamenti binasının planı ilə tanışdır və bu planla üsyançıları tanış edib.

Bildirilir ki, mümkün çevriliş zamanı parlamentin məhz silah gücünə ələ keçirilməsi nəzərdə tutulub.

Mənbə: TASS

***

Almaniyada ən böyük əməliyyatlardan biri çərçivəsində dövlət çevrilişinə cəhddə ittiham edilən şəxslər tutulublar.

Çevrilişə hazırlıq iddiasında sağçı radikallara məxsus 130 ev və mənzildə axtarışlar aparılır.

25 nəfərin dövlət çevrilişinə cəhd ittihamı ilə tutulduğu bildirilir.

Hamısını Göstər

Related Articles

Back to top button