“Anadolu Qartalı – 2021” təlimində hərbi pilotlarımız növbəti tapşırıqları icra edib

Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib.

Tapşırığa əsasən hərbi pilotlarımız hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv edilməsini icra edib, eləcə də qarşı tərəfin canlı qüvvəsi və zirehli texnikasına zərbələr endirib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close