Arif Həşimov: “AMEA-nın prezidenti yenə də Ümumi yığıncaqda seçiləcək”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Nizamnaməsinin layihəsi aidiyyəti dövlət qurumları ilə birgə işlənib hazırlanır və Ümumi yığıncaqda müzakirə olunacaq. Təkliflər əsasında daha da təkmilləşdiriləcək.

Bunu  AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

Onun sözlərinə görə, hazırda AMEA-nın Ümumi yığıncağının nə vaxt keçiriləcəyi bəlli deyil.

Akademik bildirib ki, AMEA-nın prezidentinin seçilməsi məsələsi yeni Nizamnamədə əvvəlki ilə eyni cür əksini tapıb: “Müəyyən dəyişikliklərlə bağlı təkliflər var. Bu da nəzərə alınacaq. AMEA-nın prezidenti əvvəl olduğu kimi, yenə də Ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncağın səlahiyyətləri öz yerində qalır”.

Arif Həşimov qeyd edib ki, AMEA–nın yeni Nizamnaməsinin layihəsi Nazirlər Kabinetinə təqdim edilib: “Burada əməkdaşların sayı, yeni struktur və digər məsələlər öz əskini tapıb. Təsdiq edildikdən sonra ətraflı məlumat veriləcək. Yeni Nizamnamədə AMEA-nın hüquqi statusu da öz əksini tapıb”.

AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən İnstitutlarına gəldikdə isə, akademik qeyd edib ki, bu proses ilin sonuna kimi yekunlaşacaq: “Nəzərə alaq ki, əməkdaşlar məzuniyyətdən qayıtdıqdan sonra işlər daha da sürətlənib. Əsas fəaliyyət sentyabrdan başlayıb”.

Hamısını Göstər

Related Articles

Back to top button