Arvadını öldürməyə cəhd edən şəxs həbs edilib

İyunun 2-si saat 09 radələrində Bərdə rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan  Polise.az-a verilən xəbərə görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Zöhrab Həşimovun aralarında yaranmış mübahisə zamanı Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Zöhrab Həşimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button