Avropa Parlamentinin iki deputatının toxunulmazlığı ləğvi edilə bilər

Avropa Parlamentinin Prezidenti Roberta Metsola Belçika hüquq-mühafizə orqanlarının korrupsiya ittihamları ilə bağlı iki Avropa Parlamenti deputatının toxunulmazlıqdan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin bazar ertəsi dərc etdiyi press-relizdə deyilir.

Sənəddə hansı deputatlardan söhbət getdiyi göstərilmir, lakin Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı ilə bağlı korrupsiya qalmaqalında əli olan şəxslərin toxunulmazlığının itirilməsi ehtimalı var.

O, dekabrın 9-da Belçika polisinin Brüsseldə onlarla axtarış aparması və Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla dörd nəfəri həbs etməsi ilə başlayıb. Belçika prokurorluğu bildirib ki, istintaqda olan müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və/və ya strateji mövqeyə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə və ya əhəmiyyətli hədiyyələr verməkdə şübhəli bilinirlər. Məqsəd 2022-ci il Dünya Çempionatı ərəfəsində Avropa İttifaqında Qətərin imicini yaxşılaşdırmaq olub.

Şübhəlilər arasında xeyli sayda həm hazırkı, həm də keçmiş italyan deputatlar da var. Müstəntiqlərin fikrincə təmasların təşkilində əsas rolu 2004-2019-cu illərdə avropalı deputat kimi çalışmış Antonio Pantseri oynayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button