Azərbaycan daha bir ölkədə səfirlik açır

Azərbaycanın Kuba Respublikasında səfirliyinin açılması gözlənilir.
Bununla bağlı məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Deputatlar Azərbaycan Respublikasının Kuba Respublikasında – Havana şəhərində – səfirliyinin təsis edilməsi haqqında qanunun layihəsini müzakirə edəcəklər.