Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır”

“Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bunun yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

O, deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il ərzində tikdiyi istehkamları yarır və hədəfə yaxınlaşır: “Əks-hücum şəraitində ordumuzun qarşısında duran vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir. Ordumuzun qarşısında tək düşmən deyil, əcnəbi muzdlular da var. Bu döyüşçülər, əsasən, erməni  əsilli əcnəbi döyüşçülərdir. Düşmən bu əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların döyüşə girməkdən imtina etməsi barədə məlumatlar var. Əcnəbi döyüşçülər də düşmənin tələsinə düşdüyünü dərk etməli və silahı yerə qoymalıdır. Bu gün Azərbaycan əsgəri döyüşdə zəfər qazanır. Qələbə biziməldir!”

Hamısını Göstər

Related Articles

Back to top button