Azərbaycan nömrəli maşın Zəngəzurda…

Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub.

Bu haqda Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər.

– Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

– Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses Şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

– Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.

Hamısını Göstər

Related Articles

Back to top button