Azərbaycan Rusiya helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb

Azərbaycan Vətən müharibəsi zamanı vurulan Rusiyaya məxsus Mİ-24 helikopterinin işi ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib, faciə ilə bağlı istintaq davam edir.

Bu barədə “RİA Novosti”yə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

“9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mİ-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər edilib”, – deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Səlimzadə onu da vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək.

“Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”, – deyə o, vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close