Azərbaycanda bayram namazı qılınıb

Azərbaycanda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb. 

Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarından Əjdərbəy məscidinə toplaşan insanlar birgə bayram namazı qılıblar. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadə və digər din xadimləri namazda iştirak ediblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi qərara görə, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınır. Eyni zamanda şəriətə uyğun olaraq qurban kəsiminin iyulun 20-dən başlayaraq 3 gün davam edəcəyi də qeyd olunub.

Hamısını Göstər

Related Articles

Back to top button
Close