Azərbaycanda ciddi yumuşaldılmaya gedilməsi təhlükəlidir

Dövlətin karantin rejimi ilə bağlı verdiyi qərarların əsasında vətəndaşların təhlükəsizliyi dayanır. Bu məsələdə isə vətəndaşlar səbirli olmalı, həmrəylik nümayiş etdirməlidir. Elə cəmiyyətin tanınmış şəxsləri də bu fikirdədirlər. Onların sözlərinə görə Azərbaycanda indi ciddi yumşaldılmaya gedilməsi olduqca təhlükəlidir.

Koronavirus təhlükəsi qaldıqca və bu bəlanın vaksini tapılmadığı müddətcə sərt karantin rejiminin birdən-birə ciddi şəkildə yumşaldılmaya gedilməsi məqsədəuyğun deyil. Əks halda dünyanı cənginə alan bu virusa yoluxanların sayı yenidən kəskin arta bilər. Dövlətin karantin rejimi ilə bağlı verdiyi qərarların əsasında vətəndaşlarımızın təhlükəsizliyi dayanır.

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev deyir ki, bu məsələdə vətəndaşlar səbirli olmalı, həmrəylik nümayiş etdirməlidir.

1-ci dəfə sərt karantin rejiminin yumşaldılması əslində bütün reallığı ortaya qoydu. Sosial məsafə başda olmaqla qaydalara əməl edilmədi. Koronavirusla mübarizədə müsbət nəticə əldə edən Azərbaycanda bir anda yoluxmalar gündəlik 400-500-600 nəfəri keçdi. Xalq artisti Teymur Göyçayev hesab edir ki, tam müsbət nəticə əldə etmək üçün qoyulan bütün qaydalara, məhdudiyyətlərə əməl edilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar koronavirusla bağlı hələ də həyəcan təbili çalır. ÜST cəmi bir neçə gün əvvəl koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyətin müddətini daha 3 ay uzatdı. Xalq artisti Samir Cəfərov isə düşünür ki, beynəlxalq qurumların atdığı bu addımların fonunda Azərbaycanda ciddi yumşaldılmaya gedilməsi olduqca riskli olardı. Ciddi yumşaldılma tədbirlərindən ən böyük zərəri elə insanlar görəcək.

Bir müddət əvvələ qədər təhlükənin nisbətən səngidiyi avropa artıq ikinci dalğaya hazırlaşır. Xüsusilə Almaniya, İtalya və İspaniyada virusa yoluxanların sayı son günlər artıb. Təhlükə hər bir ölkədə hər an yenidən yüksələ bilər.

Əməkdar artist Abbas Bağırov isə deyir ki, əsas məsələ virusun ikinci dalğasından minimum zərərlə çıxmaqdır. Bütün çətinliklərə baxmayaraq, sağlamlığımızı qoruyan addımları dəstəkləməliyik.

Karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı qərarlar populist tonda çıxış edənlərin fikirləri əsasında yox, mütəxəssislərin rəyləri və proqnozları əsasında qəbul edilir.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button