Azərbaycanda ilk dəfə xanımlar rayon prokuroru təyin olundu

Müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar alıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button