Azərbaycanda “Omikron”la bağlı 5-ci dalğa xəbərdarlığı

“COVİD testi götürülüb, koronovirus inkar olunmalıdır, yoxsa…” – İnfeksionistdən xəbərdarlıq

Artıq demək olar ki, bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan koronavirusun “Omikron” ştamı bəzi insanlarda qorxu yaratmaqdadır. “Omikron”la bağlı qorxu onun daha yoluxdurucu olması ilə bağlıdır. Əvvəl bir xəstə 10 nəfərin içində birini yoluxdururdusa, indi bu say 5-7 nəfərdir. Mütəxəssislərə görə, “Omikron” 5-ci dalğanı başladacaq. Artıq Azərbaycan da buna hazırlaşmalıdır. “Omikron” ştamının yoluxuculuğu çox yüksəkdir. Bunun üçün qapalı məkanlarda ikiqat maska taxılması tövsiyə olunur.

Azərbaycanın yaxın qonşusu Rusiyada vəziyyət gərgindir. “Dünyadakı durumu və yeni ”Omikron” ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün sözsüz ki, çətin vəziyyətdəyik”. Bunu Rusiya prezidenti Vladimir Putin deyib: “Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi”, – o vurğulayıb. Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə “Omikron” ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVİD-19-un yayılmasını sürətləndirdiyini bildirib. İtaliyada 10 yanvar tarixindən COVİD setrifikatı olmayanlar avtobus, metroya buraxılmır. Sertifikatı yaxın 3 ayda yoluxub sağalanlar da ala bilir. Eləcə də vaksin olunmayanlara restoran, kafe, idman zalı, muzey, hotellərə və nikah mərasimlərinə girmək qadağan olunub. Fevral ayından yaşı 50-dən yuxarı hər kəs üçün vaksin məcburi olacaq. Dünya təcrübəsinə baxdıqda Azərbaycanda qaydalar çox yumşaqdır və virusun yeni ştamı ilə bağlı da hələ ki məhdidiyyətlər görünmür.  Ölkədə isə vəziyyət yaxşı deyil, evdə xəstələnənlərin sayı kifayət qədərdir. Onların bəziləri heç bilmir ki, hansı virusa yoluxublar… 

Omikron” ştamı ilə mübarizədə ən optimal yollardan biri əvvəlki kimi  qorunma qaydalarına ciddi riayət etməkdir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Nilufər Məmmədova

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova mövzunu “Yeni Müsavat”a şərh edərkən deyib ki, “Omikron” variantının daha yoluxucu olması artıq bütün dünyada təsdiqini tapıb: “Buna görə də yoluxmaya qarşı görülən tədbirlərə daha ciddi riayət olunmalıdır. Belə ki, insanlar arasında maskanın taxılmasına, sosial məsafənin gözlənilməsinə, qapalı məkanlarda mümkün olduqca az istifadə edilməsinə, əl gigiyenasına riayət olunmalıdır. Mütləq şəkildə vaksin və immun sertifikatına ciddi şəkildə nəzarət edilməlidir ki, yoluxma sayının artmasının qarşısı alına bilsin.  Təbii ki,  yoluxma sayı artdığı zaman bu artıma uyğun olaraq xəstəliyi ağır keçirənlərin sayı artmış olur. Bu da ölüm göstəricilərinin yüksəlməsinə gətirib çıxarır. Ölüm göstəricilərinin qarşısını almaqda hələ ki ən effektli üsul vaksinin üçüncü dozasını çox qısa müddətdə tətbiq etməkdir”.

İnfeksionist onu da əlavə edib ki, dünya ölkələrinin təcrübəsinə baxılsa, sərt karantin rejimi, qapanmalara ölkə səhiyyəsinin gücü tükəndiyi zaman müraciət olunur: “Artıq xəstəxanaların dolması kimi hallar baş verəndə, xəstələrlə çalışa biləcək tibbi personalın sayı azalmış olarsa, bu zaman məcburiyyət qarşısında qalan ölkə səhiyyəsi sərt karantin rejimlərinə, sərt qaydalara keçir. Bunun yaşanmaması üçün insanlardan çox xahiş edirik ki, qorunma qaydalarına riayət etsinlər. Vaksinasiya olunsunlar. Özlərində hər hansı bir yuxarı tənəffüs yollarının xəstəliklərinə xas simptomlar – temperatur, boğaz ağrısı hiss etdikdə mütləq sahə həkimlərinə məlumat versinlər. Gərəkli durumlarda COVİD testi götürülüb, koronavirus inkar olunsun və müvafiq, müalicə, müayinə tədbirləri tətbiq olunsun. Hazırda gördüyümüz odur ki, koronavirusla yanaşı, ölkədə influenza infeksiyası da geniş yayılıb. Bu simptomlar bir-birinə çox bənzədiyi üçün insanlar bunu qarışdıra bilər. Bunu differensasiya etməyin yolu koronavirusu inkar etməkdir”. 

Almaniyada Omikrondan ilk ölüm qeydə alındı | KONKRET

Bu arada, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Qeyd edilir ki, koronavirusun “Omikron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur: “Məlum olduğu kimi, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat ”e-tabib” sistemində yer alıb. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

Hamısını Göstər

Related Articles

Back to top button
Close