Azərbaycanda virusun birinci dalğası bitməmiş ikinci dalğa başlayıb ?- AÇIQLAMA

Məlum olduğu kimi əksər Avropa ölkələrində dünyanı cənginə almış COVİD-19 infeksiyası çərçivəsində mübarizə davam edir. Həmin ölkələrdə ikinci dalğanın yaşanması ilə bağlı “fake” və bir az həqiqətə uyğun məlumatlar yayılmaqdadır. Epidemioloji qaydalarda isə birinci dalğanın bitməsindən, yəni sağalanların sayının kəskin azalması, hətta sıfırlanmasından sonra ikinci dalğanın başlanmasından söhbət gedə bilər.

Ölkəmizdə isə bu mərhələ belə getmədi, yəni yoluxanların sayı iki rəqəmliyə ensə də, sıfırlanmadı. Qarşıdan payızda, noyabr ayında baş verəcək qrip mövsümünün gəlməsini, həmçinin rəqəmlərin kəskin azalmamasını nəzərə alsaq, Azərbaycanda virusun birinci dalğası bitməmiş ikinci dalğaya keçid ola bilərmi? Ümumiyyətlə epidemiologiyada elə bir hal varmı?

Mövzu ilə bağlı Sonxeber.az-a azərbaycanlı professor danışıb:

“Əslində sıfırlanma deyil, tək- tük xəstələnmələr olarsa dalğanın sönməsi ola bilər. Həmçinin bir müddətdən sonra yenidən alovlanma baş verərsə, ikinci dalğadan söhbət gedə bilər. May ayından sonra birinci dalğa sönməmiş təkrar alovlanma oldu. Yəni Azərbaycanda həmin müddətdə re- infeksiya oldu. Bu proses indi də davam edir. Biz birinci dalğanın sönməsini hələ müşahidə etməmişik. Müşahidələrimizdə görürük ki, xəstələnmə sayında azalma tendensiyası var.

Payızda məsələləri mürəkkəbləşdirən nöqsanslardan biri soyuqdəymə xəstəliklərinin artması ilə bağlıdır. Bunlar COVİD- 19- la xeyli problemlər yaradacaq. Hələlik birinci dalğanın sönməsindən söhbət gedə bilməz. Epidemioloji coğrafiya çox fərqlidir”.

Mənbə
sonxeber.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close