Azərbaycanın axtarışa verdiyi üç ermənidən ikisi milyarderdir

Azərbaycan torpaqlarının işğalı müddətində Qarabağa qanunsuz olaraq silah daşınmasını təşkil edən erməni biznesmenlər ölkəsində nüfuzlu şəxslər hesab olunur.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda adı keçən üç erməni şirkət sahibindən biri Samvel Karapetyandır.

Karapetyan məşhur simadır, o, “Taşir” şirkətlər qrupunun prezidentidir. Bu şirkəti o, 1999-cu ildə yaradıb.

Onun Rusiya ilə geniş əlaqələri və isti münasibətləri var. Karapetyan dünyanın ən varlı erməni biznesmeni hesab olunur.

O, Robert Koçaryanın həbsdən azadlığa çıxması üçün 4 milyon girov qoyan biznesmenlərin siyahısında idi.

Digəri, David Qalustyan Ermənistanda silah baronu kimi tanınır və ləqəbi “Patron Davodur”.

Bu ilin fevralında o, Ermənistan Müdafiə Nazirliyinin bir neçə yüksək çinli mənsubu ilə sövdələşərək ölkəsinin ordusuna keyfiyyətsiz sursat, habelə normativlərə cavab verməyən, standartlara uyğun gəlməyən silahlar satmaqda ittiham edilirdi.

Lakin o, bu ilin mayında Ermənistan Apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Baş Prokurorluğun məlumatında adı keçən Ara Abramyan da tanış simadır.

O, “KOMEX” şirkətinin baş direktorudur, eyni zamanda Rusiya erməniləri İttifaqının rəhbəridir. Onun da Rusiya hakimiyyəti ilə yaxın münasibətləri var.

Adları keçənlərdən Samvel Karapetyan və Ara Abramyan milyarderdir.

Qeyd edək ki, Baş Prokurorluq Qarabağa silah daşıyan həmin erməni iş adamlarını beynəlxalq axtarışa verib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close