Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi
Sülhməramlıların Xankəndidəki qərargahında aparılan danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, – deyə qeyd olunub.