Azərbaycan əsgəri faciəvi şəkildə həlak oldu

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

Musavat.com xəbər verir ki, bu barədə “Report” hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Hadisə dünən, iyunun 29-da baş verib.

“Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi prokurorluqda istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button