Azərbaycan “Bayraktar”ları saz vəziyyətə gətirir

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçidi prosesi davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların, o cümlədən “Bayraktar-TB2” PUA-larının yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətlə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər keçirilir.

Hamısını Göstər

Related Articles

Back to top button