Azərbaycan Prezidenti Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib.
Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyəti barədə videoçarx nümayiş etdirilib.