Azərbaycana qarşı hədyan dolu bəyanatlar verən siyasi təhlilçi geri çəkildi

Bu günə qədər dayanmadan Azərbaycana və onun Prezidentinə qarşı hədyan dolu bəyanatlar verən siyasi təhlilçi Ehsan Movəhhediyan artıq geri çəkildiyini elan edib.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, o, bu dəqiqələrdə özünün “Twitter” hesabında bunun üçün bəhanələr sayıb:

“Mənə kənardan yaradılan çoxlu narahatlıqlar, fəaliyyətimin çoxluğu və düşmənlərin sonsuz hakerlik cəhdləri və s. ucbatından hesabımı hələlik xüsusi rejimə keçirdim və fəaliyyətimi azalda yaxud tamamilə dayandıra bilərəm.

Buna görə təəssüf edirəm və üzr istəyirəm.

Amma heç bir dəstəyi olmayan bir insan olaraq mən artıq özümü və ailəmin təhlükəsizliyini riskə ata bilmərəm”.

Hamısını Göstər

Related Articles

Back to top button